Haqqımızda

Möhtərəm həmvətənlər.
Tibb elmi həddən böyük sürətlə inkişaf edir. Yeni müayinə və müalicə
texnologiyalarının tətbiqi bir neçə on il əvvəl mövcud olan “həkim – pasient”
ikitərəfli münasibətlərinə üçüncü tərəf kimi apparatura imkanlarının qoşularaq,
“həkim – cihaz texnologiyası - pasient” üçbucağının əmələ gəlməsinə səbəb
olmuşdur. Artıq elə tibbi sahələr vardır ki, instrumental müayinələr diaqnostikada
həlledici əhəmiyyət kəsb edir. Müasir həkim bu yeniliklərdən geri qalmamalı, öz
fəaliyyətində elmin nailiyyətlərindən istifadə etməyi bacarmalıdır. Bununla yanaşı,
pasientlərin qarşısında duran “yaxşı həkim tapmaq” əbədi problemi də aktuallığını
itirməyib, bəlkə də daha da artıb. Belə ki, dövlət tibb müəssisələri ilə yanaşı ilbəil
sayı artan özəl klinikaların və onların apardığı aqressiv reklam kompaniyalarının
təzyiqi insanların seçimini çətinləşdirir. “Nevrologiya Klinikası” nevroloji
müayinə sulları ilə təhciz olunmuş ambulator tipli ixtisaslaşmış özəl tibb
müəssisəsidir. Klinikanın təşkil olunması ideyası nevroloji pasientlərin sayının
durmadan artması və bu xəstəliklərin istər diaqnostik, istərsə də müalicə
problemlərinin çətinliyi səbəbindən meydana çıxmışdır. Əsas məqsəd isə nevroloji
xəstələrə dəqiq və etibarlı tibbi xidməti təşkil etməkdir. Pasientləri qəbul edib
yekun diaqnozun qoyulması, müalicə və profilaktika tədbirlərinin tərtib edilməsi,
onlara həyat tərzinin və lazımi davranış stereotiplərinin izah edilməsi klinikanın
fəaliyyət metodologiyasının təməlini təşkil edir.
Sırf sinir sistemi xəstəlikləri ilə yanaşı, Biz digər orqanların xəstəlikləri
zamanı təzahür edən nevroloji problemlərlə də məşğul oluruq. Kardioloqlara rast
gələn nevrotik kardialgiyalar, Qastroenteroloq praktikasında abdominal, intestinal
disfunksiyalar, Pulmonoloqların rast gəldiyi psixogen təngfəslik və öskürək,
Oftalmoloq praktikasında isterik korluq və beyin qan dövranı pozulması
nəticəsində görmə problemləri, LOR patologiyada başda səs, eşitmə qüsurları və
başgicəllənmə halları, Cərrahiyyə əməliyyatlarından sonrakı xroniki ağrılar,

Dermatovenerologiyada psixogen əlavələrlə yüklənmiş dermatozlar, erektil
funksiyanın pozulması və digərlər Bizim marağımız dairəsindədirlər.

Möhtərəm pasientlər.
“Nevrologiya Klinikası” sinir sistemi xəstəliklərinə mübtəla olmuş insanlara
ixtisaslaşmış və keyfiyyətli yardım məqsədilə yaradılmış və diaqnostik imkanlarla
təhciz edilmiş özəl tibb mərkəzidir. Klinikanın fəaliyyət prinsipləri bunlardır:
Diqqət Səriştə Etibar İnsaf
Çalışırıq ki, pasientlər b i r – i k i g ü n ərzində Nevroloq tərəfindən qəbul
edilsin, lazımi müayinələr olunsun, müvafiq müalicə təyin edilsin. Müayinələrin
təyin edilməsində və reseptlərdəki dərmanların miqdarında ifratçı deyilik. Sinir
sistemi ilə məşğul olduğumuza görə Biz digər ixtisas həkimlərindən fərqli olaraq
pasientlərin halını daha yaxşı anlaya bilirik. Bilirik ki, h ə y ə c a n tutmaları nə
qədər dəhşətli, d e p r e s s i y a halı isə nə dərəcədə üzücü, əzabvericidir. Daimi
və ya tutma şəkilli b a ş a ğ r ı l a r ı həyatdan ləzzət alma hissini azaldır, e p i l
e p s i y a, i n s u l t, d a ğ ı n ı q s k l e r o z, m i o p a t i y a, m i a s t e n i y
a və digər bu tipli ağır və xroniki xəstəliklər isə həyatın və sağlamlığın tale
tərəfindən insanlar arasında ədalətli bölünməsinə böyük şübhə yaradır. Bizim
klinikanın ali məqsədi həyatın müəyyən dövrlərində müxtəlif səbəblərdən
nevroloji patologiya ilə üzləşmiş İNSANLARA yardım etmək, müalicənin, və ən
vacibi isə, xəstəliyə qarşı mübarizənin yollarını anlatmaqdır.
Həyatda yalnız mübarizlər qalib olurlar.
Hər bir Azərbaycan vətəndaşına dərin hörmət hissi ilə,

Hörmətlə, Rövşən Həsənov.

Neurology Footer Logo

Telefon: (012) 436 69 99

Email: info@neurology.az


Azərbaycan, Bakı

Neurology.az
Həkimlər üçün

© 2025 Neurology.az